Laboratoriyalar

Ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyaları

Keyfiyyətin və dəqiqliyin tək ünvanı olan “AzeTEST” Təcrübə Sınaq MMC Azərbaycan Respublikasının ərazisində yerləşən təsərrüfat subyektlərində ölçmə vasitələrinin kalibrlənməsi xidmətlərini aşağıdakı laboratoriyalar vasitəsilə həyata keçirir.

Bu laboratoriyada əsasn diapazonları 0,0÷200 mq –dan 2,0kq÷5,0kq – a qədər olan həssas, aşağı xətalı F1, F2 çəki daşları vardır ki, bu da laboratoriyalarda istifadə olunan analitik və trexniki tərəzilərin yoxlanılmasına imkan yaradır. Bundan başqa kütlə laboratoriyası statik və hərəkətdə olan nəqliyyat vasitələrin (avtomobil, vaqon) ölçmək üçün tərəzilər 15t÷200t diapazonunda, statik çəki tərəziləri üçün orta sinif 500e-qədər, adi sinif 200e-dən yuxarı, diskret çəki dozatorları 50qr-da 15000qr-a qədər  ölçmə  aralığında olan M1, M2, M3çəki daşları ilə təchiz olunmuşdur.

Bu laboratoriyada əsasən mayeli şüşə termometrlər, manometrik termometrlər, bimetal termometrlər PakkensTB,  termotənzimləyicilər, elektron rəqəmsal termometrlər, dəqiq ölçmələr üçün civəli termometrlər, nümunəvi ikinci dərəcəli aşağı temperatur üçün termoelektrik termometrlər, temperatur siqnalizatorları, termohiqrometr, psixrometr – hiqrometrlərin kimi ölçü vasitələrinin yoxlanılması (kalibrlənməsi) fəaliyyətini həyata keçirir.

Bu laboratoriya əsasən areometrlərin, pH metrlərin, ionomerlərin, fotoelektrokolorimetrin, spektrofotometrin, lüksmetrin, refraktometrlərin, şəkərlilik ölçənlərin, polyarimetrlərin, spektrometr, nitrat ölçən, laborator titratorlar, turbidimetr, konduktometr, tüstü ölçən, qaz və maye xromatoqrafı, avtomatik stasionar qazanalizedicilər, dəm qazıanalizedicisi, əl qazanalizatorları, alkotesterlər, ultrasəsli defektoskoplar, ultrasəsli qalınlıqölçənlərin yoxlanılması (kalibrlənməsi) həyata keçirir.

Bu laboratoriya əsasən sabit və dəyişən ampermetrlər, voltmetrlər, multimetrlər, ampertutqaclar, ommetrlər, kombinə olunmuş cihazlar,  İnduktivlik, müqavimət, tutum (R,L,C) ölçən cihazlar, yüksək tezlikli vattmetrlər (1.0-4.0 sinifli), dəyişən və sabit vattmetrlər, universal rəqəm hesablayıcı voltmetrlər, diferensial rəqəmli voltmetrlər, sabit cərəyan üçün rəqəmli voltmetrlər, rəqəmli voltmetrlər, voltamperfazometrlər, sabit cərəyan qalvanometrlər,tezlik ölçənlər, qidalanma mənbələri, mexaniki və elektron saniyəölçənlər, taymerlər, tibbi və stomotoloji rentgen aparatları, defibilyatorlar, ultrasəs müayinə cihazlarının yoxlanılması, MRT və KT cihazlarının yoxlanması, kardiomonitorlar və EKGcihazlarının yoxlanması, sürətölçənlər (radarlar), PATTEST (elektrik təhükəsizliyi testi) kimi cihazların yoxlanılmasını (kalibrlənməsini) həyata keçirir.

Bu laboratoriya əsasən nümunəvi manometr, nümunəvi vakuummetr, nümunəvi manovakuummetr, qeyd edən və özüyazan manometrlər, elektrokontaktlı və məsafə manometrləri, əyriborulu  manometr, mikromanometr, təkər (şin) manometrlər, çıxış siqnalı ilə monometr, vakuummetr, dartıcı təzyiq ölçən, pnevmatik  təzyiq ölçən,  mikromanometr, oksigen manometr, membranlı və civəli sfiqmanometrlər (tanometr), barometrlər, diferensial manometr, yanacaq paylayıcı kolonka, yağ paylayıcı kolonka, elektromaqnitli  və pərli  sərfölçənlər, kameralı sərfölçənlər, porşenli boru qurğusu, anemometr, bir kanallı və çox kanallı dozator pipetləri, süni tənəffüs aparatı, avtoçənlər, metalik ölçü qabları, şüşə ölçü qabları (kolba, yağlılıq  ölçən, silindr, menzurka, stəkan, mikropipetlər büretka, mikrobüretka və s), su tutucusu, piknometr, üfüqi və şaquli polad çənlərin həndəsi üsulla dərəcələnməsi,  perfuzo, infuzomat kimi ölçü vasitələrinin yoxlanılması (kalibrlənməsi) fəaliyyətini həyata keçirir.

Bu laboratoriya yastı parallel sonluqlu uzunluq ölçü nümünələrinin tərtibat dəsti, qoniometrlər, ölçmə mikroskopları, ştangeтpərgarlar, mikrometrik daxilölçənlər, İndikatorlu daxilölçənlər, Hamar mikrometrlər, əlavələrlə birgə, saat tipli indikatorlar, metal  ölçü xətkeşlər, səviyyə ölçənlər, ştativ və dayaqlar: C-Ι, Ш-ΙΙΙ, nəzarət və yoxlama plitələri, hesablayıcı bəndlər, halqalar, ştangendərinlik ölçənlər, dişli-Linqli ölçü başlıqları, yaylı ölçmə başlıqları, indikatorlu dərinlik ölçənlər, yoxlama xətkeşləri (polad., çuqun, qranit), metroştoklar, ruletkalar, metrələr, lotlu ruletkalar, bərklik ölçənlər, hidravlik press, sınaq maşınları, dartıcı maşınlar, universal sınaq maşınları, sürət sayğacı, yapışqanlıq ölçən, dinamometrik açar, pres yoxlamaq üçün dinamometr (200 ton) kimi ölçü vasitələrinin yoxlanılması (kalibrlənməsi) fəaliyyətini həyata keçirir.

Bu laboratoriya Voltmetrləri kalibrləyən qurğular: B1-8;B1-9, Sabit ; dəyişən cərəyan; impuls;selektiv universal voltmetrlər: B2;B3;B4;B7;, Ossilloqraflar: C1;C7;C8;X1; müşahidə edən(X1), Ossilloqrafik kalibratorlar: И1;, Rabitəcihazları:П;Р5, Gücölənlər:M3;M5;, Ölçmə xəttləri:P1;P2;P3;P4; və s kimi ölçü vasitələrinin yoxlanılması (kalibrlənməsi) fəaliyyətini həyata keçirir.