Haqqımızda

azetest-mmc-haqqimizda

AzeTest Təcrübə-Sınaq MMC-nin  kalibrləmə laboratoriyalarında, təlim keçmiş, təcrübəli beynəlxalq sertifikatlarla təmin edilmiş mütəxəssislər çalışır və kalibrləmə laboratoriyaları beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla təmin edilib. Kalibrləmə laboratoriyalar tərəfindən beynəlxalq standartlara və metodlara uyğun olaraq aparılır və sertifakatlaşdırılır.

AzeTest Təcrübə-Sınaq MMC hal-hazırda elmi nəticələrin və elmi-texniki nailiyyətlərin istehsalatda tətbiqini sürətləndirmək, ixtira və yeniliklərin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsinə səy göstərmək, istehsal proseslərində yüksək texniki göstəricilərə nail olmaq məqsədilə istehsalat-təsərrüfat sferasını genişləndirir.

Mərkəz göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı funksiyalara malikdir:

  • Təcrübə işlərini yerinə yetirmək;
  • Standarta uyğun olmayan avadanlıqlar əvəzinə, həmçinin əl əməyini mexanikləşdirən və avtomatlaşdıran avadanlıq və cihazlar üzrə təcrübi nümunələr hazırlayaraq tətbiqi və istifadəsinə görə tövsiyyələr vermək;
  • Mövcud tələblərə müvafiq olan texnoloji və texniki yeniliklərin istehsal proseslərində tətbiqinə səy göstərmək;
  • Respublika xalq təsərrüfatının sənaye mallarına olan təlabatını ödəmək məqsədilə qabaqcıl təcrübələrdən istifadə etmək və qabaqcıl təcrübələrin müəssisələr arasında genişləndirilməsinə şərait yaratmaq;
  • Keyfiyyətli məhsul istehsal etmək məqsədilə dövlət müəssisələri, kiçik dövlət müəssisələri, kiçik müəssisələr, o cümlədən MDB respublikaları və xarici ölkələrin uyğun müəssisələri ilə əlaqələri genişləndirmək;
  • Istehsal kommersiyası və ortaqlıq fəaliyyəti həyata keçirmək;