Kütlə ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası öz fəaliyyətini Azərbaycan Respublikasının milli qanunvericiliyinə, İSO və ГОСТ standartlarına əsaslanan metodikalara, Mərkəzin Nizamnaməsi və laboratoriyanın Əsasnaməsinə əsasən tənzimləyir. Laboratoriya dövrü olaraq ölçmə vasitələrinin yoxlanmasını (kalibrlənməsini) təmin edir.
Laboratoriyada çəki daşları və tərəzilərin kalibrlənməsi işləri mütəxəssislər tərəfindən yüksək dəqiqliklə həyata keçirilir.
Laboratoriyada ölçmə vasitələrinin kalibrlənməsi əsasən aşağıda adları qeyd edilən avadanlıqlarla həyata keçirilir:
1. Çəki daşları;
2. Xüsusi təyinatlı yüklər;
3. Lingli, əqrəbli, adi açıq, avtomobil, dəmir yolu, elektron və laboratoriya tərəziləri və s.
Mövcud laboratoriyada diapazonları 0,0÷200 mq –dan 2,0kq÷5,0kq – a qədər olan həssas, aşağı xətalı F1, F2 çəki daşları vardır ki, bu da laboratoriyalarda istifadə olunan analitik və trexniki tərəzilərin yoxlanılmasına imkan yaradır. Bundan başqa kütlə laboratoriyası statik və hərəkətdə olan nəqliyyat vasitələrin (avtomobil, vaqon) ölçmək üçün tərəzilər 15t÷200t diapazonunda, statik çəki tərəziləri üçün orta sinif 500e-qədər, adi sinif 200e-dən yuxarı, diskret çəki dozatorları 50qr-da 15000qr-a qədər ölçmə aralığında olan M1, M2, M3çəki daşları ilə təchiz olunmuşdur.
Yuxarıda adı çəkilən xidmətləri yerinə yetirmək üçün laboratoriyada olan mütəxəssis kalibrləmə metodlarını standart metodlara və metodiki göstəricilərə istinad edir.
Laboratoriyada olan bütün ölçmə vasitələri izlənməni nəzarət altında saxlamaq məqsədilə dövrü olaraq birincili etalonlarla daim yoxlanılır.