Kalibrləmə Prosesi

Ölçmə vasitələrinin yoxlanılması səlahiyyəti hüquqi şəxslərə, hüquqi şəxslərin metroloji xidmətlərinə və fiziki şəxslərə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən verilir. Ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə Mərkəz nəzarət edir.  Ölçmə vasitələrinin yoxlanması Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən yoxlayıcı qismində attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir. Yoxlamanın nəticəsində, ölçmə vasitəsinin istifadəyə yararlılığı və ya yararsızlığı təsdiq edilir. Əgər ölçmə vasitəsi yoxlamanın nəticəsinə əsasən yararlı sayılırsa, onun üzərinə və ya texniki sənədlərinə yoxlama nişanı vurulur və “Yoxlama haqqında şəhadətnamə” təqdim olunur. Əgər yoxlamanın nəticəsinə əsasən ölçmə vasitəsi istifadəyə yararsız sayılırsa, yoxlama nişanı və ya, “Yoxlama haqqında şəhadətnamə” ləğv olunur və “Yararsızlıq haqqında bildiriş” verilir və ya texniki sənədlərdə müvafiq qeydlər aparılır.