“AzeTEST” Təcrübə Sınaq MMC olaraq məqsədimiz ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanununa uyğun isitfadəsini təmin etməkdir. Ölçmə vasitələrinin dəqiq işləməsi və etibarlı olması iqtisadiyyatın hər bir sahəsində böyük əhəmiyyət kəsb edir. Bunu təmin etmək bizim ən böyük prioritetimizdir və bunu təmin etmək üçün personalımız beynəlxalq təcrübəni öyrənir və kadrlarımızın böyük hissəsi beynəlxalq sertifikatlarla təmin edilib. Fəaliyyət göstərən laboratoriyalarımız akkreditasiyadan keçmiş və yüksək keyfiyyətdə xidmət göstərməsi üçün müasir avadanlıqlarla təmin edilmişdir.
Təcrübə-sınaq mərkəzi elmi nəticələrin və elmi-texniki nailiyyətlərin istehsalata tətbiqini sürətləndirmək, ixtira və yeniliklərin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsinə səy göstərmək, istehsal proseslərində yüksək texniki göstəricilərə nail olmaq məqsədilə istehsalat-təsərrüfat sferasını genişləndirir.
Mərkəz göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı funksiyalara malikdir:
- Təcrübə işlərini yerinə yetirmək;
- Standarta uyğun olmayan avadanlıqlar əvəzinə, həmçinin əl əməyini mexanikləşdirən və avtomatlaşdıran avadanlıq və cihazlar üzrə təcrübi nümunələr hazırlayaraq tətbiqi və istifadəsinə görə tövsiyyələr vermək;
- Mövcud tələblərə müvafiq olan texnoloji və texniki yeniliklərin istehsal proseslərində tətbiqinə səy göstərmək;
- Respublika xalq təsərrüfatının sənaye mallarına olan təlabatını ödəmək məqsədilə qabaqcıl təcrübələrdən istifadə etmək və qabaqcıl təcrübələrin müəssisələr arasında genişləndirilməsinə şərait yaratmaq;
- Keyfiyyətli məhsul istehsal etmək məqsədilə dövlət müəssisələri, kiçik dövlət müəssisələri, kiçik müəssisələr, o cümlədən MDB respublikaları və xarici ölkələrin uyğun müəssisələri ilə əlaqələri genişləndirmək;
- Istehsal kommersiyası və ortaqlıq fəaliyyəti həyata keçirmək;
- Müəssisələr, təşkilatlar, kooperativ və ictimai təşkilatlar, vətəndaşlarla bağlanmış müqavilələr əsasında müvafiq xidmətlər göstərmək;
- Istehsal, idxal və ixrac olunan məhsulların standartlara uyğunluğunu təsdiq etmək məqsədilə sınaq bazasını gücləndirmək və yeni laboratoriyalar təşkil etmək;
- Iqtisadiyyatın müxtəlif sahələri üzrə beynəlxalq standartlara və prinsiplərə uyğun sertifikatlaşdırma üzrə orqanları yaratmaq;
- Sifarişlər əsasında müxtəlif növ məhsulların laborator müayinəsini keçirərək müvafiq rəy vermək;
- Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələr əsasında ölçmə vasitələrinin kalibrlənməsini, metroloji avadanlıqların, stendlərin sınağını və attestasiyasını həyata keçirmək;
- Ölçmə vasitələrinin tipinin təsdiqi məqsədilə yoxlama metodikalarını işləmək, metroloji sınaqların aparılması ilə bağlı işləri həyata keçirmək;