Elektrotexniki ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi

elektrotexniki

Laboratoriya – sabit və dəyişən ampermetrlər, voltmetrlər, multimetrlər, ampertutqaclar, ommetrlər, kombinə olunmuş cihazlar,  İnduktivlik, müqavimət, tutum (R,L,C) ölçən cihazlar, yüksək tezlikli vattmetrlər (1.0-4.0 sinifli), dəyişən və sabit vattmetrlər, universal rəqəm hesablayıcı voltmetrlər, diferensial rəqəmli voltmetrlər, sabit cərəyan üçün rəqəmli voltmetrlər, rəqəmli voltmetrlər, voltamperfazometrlər, sabit cərəyan qalvanometrlər,tezlik ölçənlər, qidalanma mənbələri, mexaniki və elektron saniyəölçənlər, taymerlər, tibbi və stomotoloji rentgen aparatları, defibilyatorlar, ultrasəs müayinə cihazlarının yoxlanılması, MRT və KT cihazlarının yoxlanması, kardiomonitorlar və EKGcihazlarının yoxlanması, sürətölçənlər (radarlar), PATTEST (elektrik təhükəsizliyi testi) kimi cihazların yoxlanılmasını (kalibrlənməsini) həyata keçirir.

Bu prosesləri yerinə yetirmək üçün mövcud laboratoriya Defibrilyator yoxlayan  Fluke IMPULSE 7000DP, tibbi rentgen aparatları yoxlayan cihazTNT-12000, Transmile 1000A tipli çoxfunksiyalı kalibrator, UPM-DT-10AV ultrasonik rəqəmsal ölçmə cihazı,76-903 MRİ Multipurpose PHANTOM, 76-424-4156 Body dose nested phantom və 500-200DV CT İON chamber high sensitivity, Fluke IMPULSE 7000DP Kardiomonitorların və EKG aparatlarin yoxlanması cihazı, “Vocar PT” tipli sürətölçənləri yoxlayan cihaz, elektrik təhükəsizliyi testi Fluke 6500-2 kimi Almaniyada, Yaponiyada, ABŞ-da istehsal olunmuş yüksək dəqiqlik sinfinə malik həssas cihazlarla təchiz olunmuşdur.

Kalibrləmə və yoxlama metodları kimi beynəlxalq standartlara, İSO, QOST-lara və metodiki göstəricilərə istinad olunmuşdur. Bütün bu metodlar referans standart metod olmaqla Milli akkreditasiyadan keçmişdir.

Laboratoriyada olan bütün ölçmə vasitələri izlənməni nəzarət altında saxlamaq məqsədilə dövrü olaraq birincili etalonlarla daim yoxlanılır.

Laboratoriyada ölçmə vasitələrinin kalibrlənməsi əsasən aşağıda adları qeyd edilən avadanlıqlarla həyata keçirilir:

1. CNT-91 Pendulum tezlikölçən analizator

2. FLUKE 6500-2 Portativ Avadanlıq Testeri

3. FLUKE PN 76-903 multipurpose phantom

4. FLUKE-TNT 12000 Simsiz Xray Dozimeter

5. IET HRRS-5Kv high resistance box (müqavimət mağazası)

6. Impulse 7000DP Defibrillator Pacemaker Tester 

7. Smartmicro EKTSDG-010001 radar ölçən

8. Teraommetr ПРОФКИП E6-13M