Category Archives: Xəbərlər

“AzeTest” MMC Türk Standartları İnstitutunun (TSE) rəhbərliyini və digər xarici qonaqları qəbul edib

“AzeTest” MMC Türk Standartları İnstitutunun (TSE) rəhbərliyini və digər xarici qonaqları qəbul edib

Təcrübə-Sınaq Mərkəzi  “AzeTest”-in  rəhbərliyi 17 may 2019-cu il tarixində  Türkiyə Standartlar İnstitutunun  (TSE) rəhbəri Adem Şahin, Türkiyənin Halal Akkreditasiya qurumu TURKAK təmsilçiləri, İCAS (Uluslararası Uygunluk Değerlendirme Servisi A.Ş.)  rəhbəri Hakan Ergin və SMİC katibliyi ilə görüşlər keçirmişdir.

Nümayəndələr  Təcrübə-Sınaq Mərkəzinin laboratoriyaları ilə tanış olublar, kalibrləmə zamanı istifadə olunan son model müasir cihazlar və avadanlıqlara baxış keçiriblər və sınaq metodlarının beynəlxalq normativ sənədlərə uyğunluğunu qeyd ediblər. Həmçinin mütəxəssislər Təcrübə Mərkəzinin keyfiyyəti idarəetmə sisteminin və görülən işlərin ümumi dünya standartlarının  tələblərinə cavab verdiyini vurğulayıb və bundan məmnun qaldıqlarını bildiriblər.

Qurumlar arasında əməkdaşlıq mövzusunda razılaşmalar əldə eilmişdir və saziş imzalanmışdır.

Səfər zamanı xarici qonaqlar həmçinin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşmüş, Şəhidlər Xiyabanını və türk əsgərlərinin məzarlarını ziyarət etmiş, şəhidlərin məzarları önünə gül dəstələri qoymuş və Azərbaycanın unudulmaz tarixi hadisələri ilə bir daha yaxından tanış olmuşlar.

Qeyd edək ki, Türkiyədə standartlaşdırma üzrə yeganə səlahiyyətli orqan olan TSE, sertifikatlaşdırma, test, təlim, yoxlama və yoxlama fəaliyyətləri daxil olmaqla keyfiyyət infrastrukturunun müxtəlif sahələrində fəaliyyət göstərir və dünya standartlaşdırma icmasının fəal üzvüdür; Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnik Komissiya (İEC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), Avropa Standartlaşdırma Komitəsi (CEN) və Avropa Elektrotexnik Standartlaşdırma Komitəsi CENELEC) üzvüdür.