Laboratoriya – yastı parallel sonluqlu uzunluq ölçü nümünələrinin tərtibat dəsti, qoniometrlər, ölçmə mikroskopları, ştangeтpərgarlar, mikrometrik daxilölçənlər, İndikatorlu daxilölçənlər, Hamar mikrometrlər, əlavələrlə birgə, saat tipli indikatorlar, metal ölçü xətkeşlər, səviyyə ölçənlər, ştativ və dayaqlar: C-Ι, Ш-ΙΙΙ, nəzarət və yoxlama plitələri, hesablayıcı bəndlər, halqalar, ştangendərinlik ölçənlər, dişli-Linqli ölçü başlıqları, yaylı ölçmə başlıqları, indikatorlu dərinlik ölçənlər, yoxlama xətkeşləri (polad., çuqun, qranit), metroştoklar, ruletkalar, metrələr, lotlu ruletkalar, bərklik ölçənlər, hidravlik press, sınaq maşınları, dartıcı maşınlar, universal sınaq maşınları, sürət sayğacı, yapışqanlıq ölçən, dinamometrik açar, pres yoxlamaq üçün dinamometr (200 ton) kimi ölçü vasitələrinin yoxlanılması və kalibrlənməsi fəaliyyətini həyata keçirir.
Kalibrləmə və yoxlama metodları kimi beynəlxalq standartlara, İSO, QOST-lara və metodiki göstəricilərə istinad olunmuşdur. Bütün bu metodlar referans standart metod olmaqla Milli akkreditasiyadan keçmişdir.
Laboratoriyada ölçmə vasitələrinin kalibrlənməsi əsasən aşağıda adları qeyd edilən avadanlıqlarla həyata keçirilir:
- CMP-5 tipli cihaz;
- АУПНТ;
- Sınaq maşınlarını yoxlamaq üçün nümunəvi dinamometrlər.
- Norbar Dinamometrik açarları ölçən qurğu.