Laboratoriyanın xidmət sahəsinə əsasən mayeli şüşə termometrlər, manometrik termometrlər, bimetal termometrlər PakkensTB, termotənzimləyicilər, elektron rəqəmsal termometrlər, dəqiq ölçmələr üçün civəli termometrlər, nümunəvi ikinci dərəcəli aşağı temperatur üçün termoelektrik termometrlər, temperatur siqnalizatorları, termohiqrometr, psixrometr – hiqrometrlər daxildir. Ölçmə diapazonları -480C – 6500C olmaqla cihazın ölçmə həssaslığından və ölçmə diapazonundan asılı olaraq 0,10C – 100C aralığında dəqiqliyi və həssaslığı dəyişir. Nəmliyi ölçən psixrometr və termohiqrometrlərin dəqiqlik sinifləri±0,5% – ±2% aralığında dəyişir.
Kalibrləmə və yoxlama metodları kimi beynəlxalq standartlara, İSO, QOST-lara və metodiki göstəricilərə istinad olunmuşdur. Bütün bu metodlar referans standart metod olmaqla Milli akkreditasiyadan keçmişdir.
Laboratoriyada ölçmə vasitələrinin kalibrlənməsi əsasən aşağıda adları qeyd edilən avadanlıqlarla həyata keçirilir:
Temperatur ölçmə vasitələrinin kalibrlənməsi sektoru – Fast-Cal: İndustrial Temperature Calibrators Testo 735-2