Kalibrləmə laboratoriyaları kalibrləmə işlərini yerinə yetirərkən aşağıdakı tələblərə (laboratoriyanın vəzifələri) riayət etməlidir
Kalibrlənmə fəaliyyətini həyata keçirən qurumlar kalibrləmə işlərini keyfiyyət üzrə rəhbəredici sənəd əsasında həyata keçirirlər. Keyfiyyət üzrə rəhbəredici sənəddə – keyfiyyət sahəsində siyasət, fəaliyyət sahəsi, kalibrləmə vasitələri, kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs, kalibrlənən ölçmə vasitələri və kalibrləmə vasitələri, ölçmə vasitələrinin kalibrlənməsinə dair normativ sənədlər, kalibrlənməni həyata keçirən kadr heyəti, binaların vəziyyəti, kalibrlənmə üçün təqdim olunan ölçmə vasitələrinin qəbulu və qeydiyyatı və kalibrlənmənin nəticələrinin rəsmiləşdirilməsi haqqında məlumatlar əks olunmalıdır.
1) Keyfiyyət sahəsində siyasət:
– məqsəd – keyfiyyət sahəsində siyasətin məqsədi;
– təşkilat – kalibrləmə işlərinin keyfiyyətinin təmin edilməsində rəhbərliyin, icraedici və nəzarətedici heyətin səlahiyyətləri və qarşılıqlı əlaqəsi;
– vəsaitlər – təyin olunmuş məqsədə nail olmaq üçün aşağıdakı vəsait, avadanlıq, normativ sənəd və heyətdən istifadə olunur:
– vahidin ölçüsünün dövlət etalonundan kalibrlənən ölçmə vasitəsinə ötürülməsini təmin edən kalibrləmə vasitəsi;
– kalibrləmə işlərinin aparılmasını və təşkilini tənzimləyən normativ sənədlər;
– qanunvericiliyin tələblərinə cavab verən və istismar üçün yararlı binanın olması;
– müvafiq işləri aparmaq bacarığı olan heyət barədə məlumat.
2) Fəaliyyət sahəsi:
– Kalibrləmə işlərinin aparılması üzrə fəaliyyət sahəsi “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən bağlanılmış müqavilə şərtlərinə uyğun olmalıdır.
3) Kalibrləmə vasitələri:
– Kalibrlənmə fəaliyyətini həyata keçirən qurum fəaliyyət sahəsinə uyğun və kalibrləmə üzrə normativ sənədlərin tələblərinə cavab verən kalibrləmə vasitələrinə malik olmalıdır;
– Kalibrləmə vasitələri müvafiq dövlət etalonlarından vahidin ölçüsünün ölçmə vasitələrinə ötürülməsini təmin etməlidir;
– Kalibrləmə vasitələri onları vaxtından əvvəl köhnəlmədən və zədələnmədən qoruyan və mühafizəsini təmin edən yerdə saxlanılmalıdır. Vaxtaşırı qulluq tələb edən kalibrləmə vasitələri üçün Agentliktərəfindən texniki qulluq və yoxlama qrafiki təsdiq edilir;
– Hər bir kalibrləmə vasitəsi vahidi yoxlama haqqında şəhadətnaməyə və ya yoxlama damğasının izinə malik olmalıdır və qeydiyyatı aparılmalıdır;
– Hər bir kalibrləmə vasitəsinin vahidi üçün qeydiyyat sənədləri aşağıdakı məlumatı özündə əks etdirməlidir:
1. adı;
2. istehsalçı müəssisə (firma), tipi (markası), zavod və inventar nömrəsi;
3. istehsal, qəbul, istismara buraxılma tarixi;
4. nasazlıq, təmir, texniki xidmət haqqında məlumat;
5. sonuncu yoxlama tarixi və yoxlama protokolu;
6. yoxlamalararası interval;
7. kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs.
4) Kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs:
– Kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs kalibrləmə işlərini həyata keçirən orqanın rəhbəri tərəfindən təyin olunur. Kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs aşağıdakı funksiyaları yerinə yetirir:
– Kalibrləmə vasitələrinə profilaktik baxış, texniki xidmət və təmir qrafikini tərtib edir və onun yerinə yetirilməsinə nəzarət edir;
kalibrləmə vasitələrinin qeydiyyatını aparır
– Kalibrləmə vasitələrinin texniki xidmət və istismarı barədə təlimatını saxlayır və heyətə çatdırır;
– Kalibrləmə vasitələrinin yoxlama qrafikini tərtib edir və onun yerinə yetirilməsinə nəzarət edir;
– Kalibrləmə vasitələrinin yoxlamasını həyata keçirir və ya yoxlama hüququ olan digər bir təşkilata verir;
– Kalibrləmə vasitəsi düzgün istismar olunmadıqda və yüklənmə rejimində işləyən hallarda nöqsanların aradan qaldırılması üçün heyətə göstəriş verir.
5) Kalibrlənən ölçmə vasitələri və kalibrləmə vasitələri haqqında məlumat.
– Ölçmə vasitələrinin kalibrlənməsinə dair normativ sənədlər:
– Kalibrlənmə fəaliyyətini həyata keçirən qurumlar aşağıdakı sənədlərə malik olmalıdırlar:
kalibrləmə vasitələrinə və fəaliyyət sahəsi üzrə ölçmə vasitələrinə texniki tələbləri təyin edən sənədlər;
– Tətbiq edilən kalibrləmə vasitələrinin istismar sənədləri;
qeydiyyatın aparılması, məlumatın və kalibrləmənin nəticələrinin (protokol, işçi jurnalları, hesabatlar və s.) saxlama qaydalarını təyin edən sənədlər.
6) Ölçmə vasitələrinin kalibrlənməsini həyata keçirən kadr heyəti:
– Kalibrlənmə fəaliyyətini həyata keçirən qurumun mütəxəssisləri peşəkar hazırlığa və qurumun fəaliyyət sahəsi üzrə istifadə olunan ölçmə vasitələrinin kalibrlənməsi sahəsində müəyyən təcrübəyə malik olmalıdırlar. Hər bir mütəxəssis üçün funksiya, vəzifə, hüquq və cavabdehlik, təhsilinə tələblər, texniki biliklərinə və iş təcrübəsinə tələblər müəyyən edilməlidir.
7) Binaların vəziyyəti haqqında məlumat:
– Kalibrləmə işlərinin həyata keçirilməsi üçün müvafiq şəraitin (temperatur, rütubət, havanın təmizliyi, işıqlanma, səs və vibroizolyasiya, maqnit, elektrik və digər fiziki şüalanmalardan qorunma, elektrik enerjisi, su, hava, istilik və s. ilə təchizat) təmin olunması məqsədi ilə kalibrlənmə fəaliyyətinin həyata keçirildiyi bina kalibrlənməyə tətbiq olunan normativ sənədlərin, sanitar norma və qaydaların və standartların tələblərinə cavab verməlidir.
– Kalibrlənmə üçün təqdim edilən ölçmə vasitələrinin qəbulu və qeydiyyatı barədə məlumat.
– Kalibrlənmənin nəticələrinin rəsmiləşdirilməsi:
– kalibrlənmənin nəticələrinə dair protokol tərtib olunur və növbəti kalibrlənmə dövrünə qədər saxlanılır. Növbəti kalibrlənmə müddəti təyin olunmamış ölçmə vasitələrinin kalibrlənməsinin nəticələrinə dair protokol 1 (bir) ildən az olmayaraq saxlanılır;
Ölçmə vasitələrinin kalibrlənməsinin nəticələri ölçmə vasitələrinin üzərinə vurulan kalibrlənmə nişanı və ya kalibrlənmə sertifikatları ilə eləcə də istismar sənədlərində qeydiyyatlarla rəsmiləşdirilir.