Kalibrləmə nədir?

calibration-termin

Ümumi məlumat:

Kalibrləmə nədir? – Kəmiyyətin verilmiş ölçmə vasitəsi ilə alınmış qiymətinin, etalonun köməyi ilə təyin edilmiş uyğun qiyməti arasında olan münasibəti müəyyənləşdirən əməliyyatların məcmusudur. Kalibrləmə nəticəsində ölçülən kəmiyyətin verilmiş ölçmə vasitəsi ilə göstərilən həqiqi qiymətini, yaxud onun göstəricilərinə edilən düzəlişləri təyin edirlər. Kalibrləmə vasitəsilə ölçmə vasitələrinin xətalarını və bir sıra başqa metroloji xassələri qiymətləndirmək olar.

Ölçmə cihazlarının yoxlanılması aşağıdakı metodlarla yerinə yetirilir:

  • ölçülən kəmiyyətləri, uyğun dəqiqlik sinfinə malik ölçülər vasitəsi ilə əks etdirilən kəmiyyətlərlə bilavasitə müqayisə etməklə;
  • eyni bir kəmiyyətin ölçülməsində, yoxlanılan və nümunəvi cihazların göstəricilərinin bilavasitə tutuşdurulması yolu ilə. Bu me todun əsasını eyni fiziki kəmiyyətin qiymətinin yoxlanılan və nümunəvi ölçmə vasitəsi ilə eyni vaxtda ölçülməsi təşkil edir. Bu cihazların göstəricilərinin fərqi yoxlanılan ölçmə vasitəsinin mütləq xətasına bərabərdir.