Xidmətlərin sertifikatlaşdırılması işləri aşağıdakı mərhələlər üzrə aparılır:
– sertifikatlaşdırma orqanına sifarişci tərəfindən sertifikatlaşdırmanın
aparılması ilə bağlı sifarişin və xidmətin (işin) keyfiyyəti, təhlükəsizliyi, xidmət göstərən heyət haqqında ilkin məlumatları özündə əks etdirən materialların (sənədlər) təqdim edilməsi;
– sifarişin və təqdim olunan sənədlərin təhlili;
– xidmətə (işə) aid normativ sənədlərin təhlili;
– sifarişə əsasən sertifikatlaşdırma sxeminin secilməsi və qərar qəbul
edilməsi;
– xidmətin (işin) yoxlanması;
– xidmət (iş) icracısının keyfiyyəti idarəetmə sisteminin yoxlanması (əgər
sertifikatlaşdırma sxemində nəzərdə tutulubsa);
– sertifikatlaşdırmanın nəticəsinin təhlili və uyğunluq sertifikatının
verilməsinin mumkunluyu haqqında qərar qəbul edilməsi;
– sertifikatının qeydiyyatı və verilməsi;
– sertifikatlaşdırılmış xidmətlərə (işlərə) inspeksiya nəzarəti;
– xidmət (iş) muəyyən edilmiş tələblərə cavab vermədikdə və uyğunluq
nişanından duzgun istifadə olunmadıqda korreksiyaedici tədbirlər planının
işlənməsi;
– sertifikatlaşdırmanın nəticələri haqqında məlumatların idarə olunması;
– appelyasiya və şikayətlərə baxılması.