
“AzeTEST”Təcrübə-Sınaq MMC – neft və neft məhsullarının sertifikatlşadırılması orqanı kimi Azərbaycan Akkreditasiya Məkəzi tərəfindən akkreditasiya olunmuşdur.
Neft və neft məhsullarının sertifikatlşadırılması işləri aşağıdakı mərhələlər üzrə aparılır:
- sertifikatlaşdırma orqanına sifarişci tərəfindən sertifikatlaşdırmanın aparılması ilə bağlı sifarişin və xidmətin (işin) keyfiyyəti, təhlükəsizliyi, xidmət göstərən heyət haqqında ilkin məlumatları özündə əks etdirən materialların (sənədlər) təqdim edilməsi;
- sifarişin və təqdim olunan sənədlərin təhlili;
- xidmətə (işə) aid normativ sənədlərin təhlili;
- sifarişə əsasən sertifikatlaşdırma sxeminin secilməsi və qərar qəbul edilməsi;
- xidmətin (işin) yoxlanması;
- xidmət (iş) icracısının keyfiyyəti idarəetmə sisteminin yoxlanması (əgər sertifikatlaşdırma sxemində nəzərdə tutulubsa);
- sertifikatlaşdırmanın nəticəsinin təhlili və uyğunluq sertifikatının verilməsinin mumkunluyu haqqında qərar qəbul edilməsi;
- sertifikatının qeydiyyatı və verilməsi;
- sertifikatlaşdırılmış xidmətlərə (işlərə) inspeksiya nəzarəti;
- xidmət (iş) muəyyən edilmiş tələblərə cavab vermədikdə və uyğunluq nişanından duzgun istifadə olunmadıqda korreksiyaedici tədbirlər planının işlənməsi;
- sertifikatlaşdırmanın nəticələri haqqında məlumatların idarə olunması;
- appelyasiya və şikayətlərə baxılması.
Sertifikatlaşdırma prosesi ilə aşağıdakı sxem vasitəsilə də tanış ola bilərsiniz
Biz necə işləyirik?
1.Müraciət
Sifarişin qəbul edilməsi və qeydiyyatı
2.Təhlil
Sifarişə əlavə edilmiş sənədin təhlili
3.Tanışlıq
Məhsulun istehsal vəziyyəti ilə ilkin tanışlıq
4.Sxem
Sertifikatlaşdırma sxeminin seçilməsi
5.Qərar
Sifariş üzrə qərarın hazırlanması və təsdiq olunması
6.Nümunələrin götürülməsi
Sinaqların aparılması üçün nümunələrin seçilməsi və identifikasiyası
7.Sınaqlar
Nümünələrin laboratoriyaya verilməsi
8. Uyğunluğun qiymətləndirilməsi
Uyğunluq sertifikatının verilməsi