Sertifikatlaşdırma - Ümumi məlumat

Sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir.

“AzeTEST”Təcrübə-Sınaq  MMC – neft və neft məhsullarının sertifikatlşadırılması orqanı kimi Azərbaycan Akkreditasiya Məkəzi tərəfindən akkreditasiya  olunmuşdur.

Orqanımız aşağıda qeyd olunan normativ hüquqi aktlar, yerli və beynəlxalq standartlar əsasında fəaliyyət göstərir

  • Azərbaycan Respublukası Nazirlər Kabinetinin “Məhsulların;
    (işlərin,xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” 01.07.1993-cü il tarixli 343 saylı qərarı;
  • AZS Milli Sertifikatlaşdırma sisteminin rəhbəredici sənədi;
  • RS 001-93 “Milli Sertifikatlaşdırma sistemi.Əsas müddəaları”;
  • RS 002-93 “Milli Sertifikatlaşdırma sistemi.Sertifikatlaşdırma üzrə orqana tələblər və onun akkreditasiya qaydaları”;
  • RS 003-93 “Milli Sertifikatlaşdırma sistemi.Oxşar məhsulların sertifikatlaşdırılma sistemi”;
  • RS 004-93 “Milli Sertifikatlaşdırma sistemi.Sınaq laboratoriyalarına (mərkəzlərinə) tələblər və onların akkreditasiya qaydaları”;
  • RS 005-93” “Milli Sertifikatlaşdırma sistemi.”;
  • AZS ГОСТ Р ИСО/МЭК 65-2011 “Sertifikatlaşdırma sistemində fəaliyyət göstərən orqanlara ümumi tələblər”;
  • AZS İSO/İEK 17025-2009 “Sınaq və Kalibrlənmə laboratoriyalarının səlahiyyətlərinə ümumi tələblər”;
  • EN 45010 “ Sertifikatlaşdırma üzrə orqanların qiymətləndirilməsi və akkreditasiyasına ümumi tələblər”;
  • EN 45011”Məhsulların sertifikatlaşdırılması keçirən,sertifikatlaşdırma üzrə orqanlara ümumi tələblər”.